Bişkekdə Azərbaycan sərgisi açıldı - FOTOLAR

20:09 - 21 Aprel 2025

Bişkekdə Azərbaycan sərgisi açıldı - FOTOLAR

Aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ilk tədbir - "Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.


Manset.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və iki ölkənin mədəniyyət  xadimləri, digər qonaqlar iştirak ediblər.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Gülbara Abdıkalıkova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr zəngin tarixi yol keçib və əməkdaşlığın bundan sonra da inkişafı üçün davamlı səylər göstərilir.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib və qonaqlar ekspozisiya ilə tanış olublar.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova  qonaqlara tematikalar üzrə tərtib olunan sərgi barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, “Ənənəvi sənətkarlıq sərgisi”, “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında”, “Xalça və qurama sərgisi” adlı bölmələrdə təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinin fondları və şəxsi kolleksiyalar əsasında təqdim olunur.

İştirakçılar şəbəkə ustasının təqdimatında bu tətbiqi sənət üzrə nümunənin əyani hazırlanması prosesini izləyiblər.

Sonda “Zümrüd Mirzəliyeva” brendinin geyimləri nümayiş etdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv