Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR

12:45 - 19 Aprel 2025

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR

Aprelin 17-də Mərakeş Krallığının Rabat şəhərində 30-cu Rabat Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz builki sərgidə milli stendlə təmsil olunur. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Sərginin açılış mərasimində Mərakeş Krallığının dövlət rəsmiləri, tanınmış ədəbiyyat adamları və yerli media nümayəndələri iştirak ediblər. 

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Rabitə Nazirliyi tərəfindən təşkil olunan sərgiyə ümumilikdə 51 ölkədən 756 iştirakçı qatılıb. Sərgi çərçivəsində çox sayda mədəni tədbirin keçirilməsi planlaşdırılıb.

Birləşmiş Ərəb Əmirliyinin “fəxri qonaq ölkə” olduğu 30-cu Rabat Beynəlxalq Kitab Sərgisi 27 aprel 2025-ci il tarixinədək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv