Aprelin 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda elmi-praktik seminar keçirilib.
Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Çıxış edənlər ölkəmizdə mövcud olan zəngin arxeoloji irsin tədqiqi və qorunmasının aktual problemlərinə nəzər salıblar.