Aparıcı Elgiz Əkbər həmkarı Nanə Ağamalıyevadan söz açıb.
Manset.az Olay.az-a istinadən xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb.
E.Əkbər bildirib ki, bir neçə həftə əvvəl rəqqasə Fatimə Fətəliyevanın doğum günündə qonaqlar arasında olan 5 xanımı N. Ağamalıyevaya bənzədib:
“Rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisində idim. Orada iştirak edən 5 aparıcı Nanə Ağamalıyeva ilə görüşmüşəm. Onların hamısı ilə görüşmüşəm və onları Nanə bilmişəm. Bunlar hamısı özünü Nanəyə oxşadıblar. O məclisdə 5 aparıcı Nanə var idi. Sonra öyrəndim ki, o ad günündə orijinal Nanə olmayıb (gülür). Özü yox idi… Bu beş xanımdan hansının Nanə olduğunu bilmək istəyirdim. Dedilər ki, Nanə yoxdur burada. Bu beş qız özünü and olsun Allaha Nanəyə oxşadıb. O beş qızla görüşüb onlara Nanə deyəndə üzümü gülürdülər. Elə bilirdilər ki, onlarla zarafat edirəm. Amma onları mən tanıya bilmədim. Heç bilmədim ki, bu qızlar hansı sənət sahibidirlər. Yəni estetik o qədər idi ki…”