“Nazirlə görüş teatr üçün əhəmiyyətli oldu” - Kazım Abdullayev

17:25 - 18 Aprel 2025

“Nazirlə görüş teatr üçün əhəmiyyətli oldu” - Kazım Abdullayev

Xalq artisti Kazım Abdullayev Mədəniyyət naziri Adil Kərimlinin Akademik Milli Dram Teatrının kollektivi ilə görüşü haqqında danışıb. 


Kazım Abdullayev Manset.az-a açıqlamasında bildirib ki, görüşdə bir sıra məsələlərə toxunulub. Nazir teatrın son illərdə imza atdığı uğurlu işlərə nəzər salıb: 

“Görüş çox səmimi keçdi. Teatrın problemləri, aktyorların məvacibləri, iş prosesi haqqında təkliflər irəli sürüldü. Nurəddin Mehdixanlı, Əli Nur, Mətanət Atakişiyeva, Abbas Qəhrəmanov və başqa aktyorlarımız teatrın problemləri haqqında çıxış etdilər. Cənab nazir problemlər haqqında çox əhatəli açıqlamalar verdi”.

Xalq artisti onu da vurğulayıb ki, nazir teatrın gələcək işləri ilə bağlı məsləhətlər verdi:

“Dedi ki, Azdramanın qazandığı uğurlar hamımızı sevindirir. Məsələn, bizim Sankt-Peterburqda Aleksandrinski Teatrında “İblis və...” tamaşası ilə çıxışımızı üç dəfə vurğuladı. Belə görüşlərin olması çox vacib və faydalıdır. İnanırıq ki, gələcəkdə səslənən fikirlərin konkret nəticələrini görəcəyik” - deyə, Xalq artisti bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv