Tanınmış aktyorlar Özcan Dəniz, Özgü Namal və Mert Yazıcıoğlunun baş rollarda yer aldığı “Kızıl Goncalar” serialı ekran ömrünü başa vurub.
Manset.az xəbər verir ki, son çəkiliş günündə layihənin prodüseri Faruk Turgut da heyətlə birlikdə vida mərasimində iştirak edib və tort kəsilib.
Finaldan sonra yapımçının açıqlamaları isə sosial mediada gündəm olub.
“Serial bitdiyinə sevinirəm”
Faruk Turgut verdiyi açıqlamada serialın bitdiyinə sevindiyini vurğulayıb:
“İlk mövsüm çox uğurlu idi. Amma ikinci mövsüm bizə çətin oldu. Sosial mediada yayımlanan tanıtım səhnələri üzərindən linçlər başladı, davamlı izahat vermək məni yordu. Açıq şəkildə deyirəm ki, serialın bitməsinə sevinirəm. Acı olsa da, rahatladım.”