Bakıda sürücülər arasında DAVA - Bir nəfər ürəyindən bıçaqlandı

10:19 - 26 Aprel 2025

Bakıda sürücülər arasında DAVA - Bir nəfər ürəyindən bıçaqlandı

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Səlim Əliyevlə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib.

Dava zamanı M.Əhmədov S.Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb. "Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib", - deyə hadisə şahidi bildirib.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv