Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...

14:57 - 21 Aprel 2025

Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Bəyimsarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: 30 yaşlı Tağızadə Ülfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağızadə Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv