Problemli kreditlərin həcmi artdı

10:43 - 28 Aprel 2025

Problemli kreditlərin həcmi artdı

2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.


Manset.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv