Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3 milyard 224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1 milyard 430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 3 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Manset.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 776 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur.