Bu şəxslər 500 manat cərimə ödəyəcək

17:21 - 17 Aprel 2025

Bu şəxslər 500 manat cərimə ödəyəcək

Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır.


Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma istisna ilə, çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunacaq. Nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunacaq.

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə də artırılıb. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimə 30 manatdan 100 manata qaldırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv