"Fənərbağça"nın sabiq futbolçusu Dieqo Perotti uzun fasilədən sonra yenidən yaşıl meydanlara qayıdıb.
Manset.az-ın məlumatına görə, argentinalı ulduz futbolçu 3 illik fasilədən sonra İtaliyanın aşağı liqa komandalarından biri ilə müqavilə imzalayaraq, karyerasını bərpa edib.
Sonuncu dəfə 2022-ci ildə "Salernitana" klubunun heyətində çıxış edən və bundan sonra futbolu buraxan Perotti gözlənilməz şəkildə yenidən meydanlara qayıdıb.
Tutto Mercato-nun verdiyi məlumata görə, 36 yaşlı sol cinah yarımmüdafiəçisi İtaliyanın 7-ci liqasında — "Prima Categoria"da çıxış edən "Vesta" klubu ilə müqavilə imzalayıb və artıq matçda da iştirak edib.