Türkiyənin tanınmış futbol şərhçisi Erman Toroğlu "Qalatasaray"ın "Eyüpspor" üzərindəki qələbəsindən sonra gündəm yaradacaq açıqlamalarla çıxış edib.
Manset.az xəbər verir ki, təcrübəli şərhçi "Qalatasaray"ın mövsümdəki performansını dəyərləndirərək, komandanın oynadığı futbola görə xal fərqinin az olduğunu bildirib.
Toroğlu qeyd edib ki, mövsümün əvvəlindəki "Eyüpspor" bu gün meydanda yox idi. Qalatasaray isə yalnız lazım olduğu qədər qaçdı və pressinq etdi:
"Komandanın müdafiəsi ciddi çətinlik yaşamadı".
Erman Toroğlu ən maraqlı iddiasını isə Türkiyə Kuboku ilə bağlı səsləndirib. O, "Qalatasaray"la iki dəfə qarşılaşacaq "Trabzonspor"un kubok qarşılaşmasında üstün gələcəyini vurğulayıb:
“Fatih Tekke'nin işinə diqqət edin. Kubok finalçıları artıq Avropaya getmirlər, ona görə də komandalar kuboka daha çox önəm verir. Mən olsaydım, liqada Qalatasaray'ı silkələyən heyətlə oynayardım, çünki kubokda daha yorğun və rotasiya olunmuş bir "Qalatasaray" meydana çıxacaq.”
Sonda isə Toroğlu diqqətə çatdırıb ki, Trabzonspor kubokda "Qalatasaray"ı məğlub edə bilər.