Bu gün Premyer Liqada 32-ci tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək. 8-ci yerdəki "Sumqayıt" 7-ci pillədəki "Neftçi"ni qəbul edəcək.
Görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında əvvəlki 3 dövrənin oyunlarında 1 dəfə "Sumqayıt" qalib gəlib (2:0), 1 dəfə "Neftçi" qələbə qazanıb (1:0), 1 dəfə isə heç-heçə (1:1) qeydə alınıb.
Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasında sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
28 aprel
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.