"Qarabağ" çempionluğunu RƏSMİLƏŞDİRDİ

21:56 - 27 Aprel 2025

\"Qarabağ\" çempionluğunu RƏSMİLƏŞDİRDİ

"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.


Manset.az-ın məlumatına görə, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.

"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.

Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.

"Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv