Yasamal rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə idman yarışlarında minifutbol idman növü üzrə yarışa start verilib.
Manset.az xəbər verir ki, 26.04.2025-ci il tarixində Bakı Dövlət Universitetinin futbol stadionunda baş tutan açılış oyununda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universiteti Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov , Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramil Cəbrayılov, idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
Bakı Dövlət Universiteti Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək ölkəmizin idman sahəsindəki uğurlarından bəhs edib. Yarış iştirakçılarına uğurlar arzulayan Ramin Səmədov çıxış üçün sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən ünsürlərdəndir. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Çıxışın sonunda yarış iştirakçılarına uğurlar arzulanıb.
Qeyd edək ki, minfubol yarışının növbəti mərhələsi 03.05.2025-ci il tarixində, final mərhələsi isə 05.05.2025-ci il tarixində baş tutacaq.