“Qəbələ” Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib.
Manset.az xəbər verir ki, bu XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.
Bölgə təmsilçisi doğma meydanda “hərbçiləri” 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
“Qəbələ”nin heyətində Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçisi oıduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.