İspaniya La Liqasında keçirilən "Xetafe" – "Real Madrid" qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəlib – 0:1.
Manset.az xəbər verir ki, matçın yeganə və qələbə qolunu türkiyəli futbolçu Arda Güler vurub.
O, 21-ci dəqiqədə rəqib qapısına yol taparaq Madrid klubuna vacib üç xalı qazandırıb. Bu qol həm oyunun, həm də Gülerin mövsümdəki ən vacib qollarından biri hesab olunur.
Türk futbolçunun performansı sosial mediada da böyük rəğbətlə qarşılanıb.