“Çempionların savaşı” adlı turnir keçiriləcək

18:35 - 23 Aprel 2025

“Çempionların savaşı” adlı turnir keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla “Çempionların savaşı” adlı turnir keçiriləcək.


Manset.az xəbər verir ki, 28-30 aprel tarixlərində Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. 

"Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv