Hollandiyada tarixi final - Sürpriz klub kuboku qaldırdı

10:15 - 22 Aprel 2025

Hollandiyada tarixi final - Sürpriz klub kuboku qaldırdı

Hollandiya KNVB Kubokunun finalında "Go Ahead Eagles" və "AZ Alkmaar" komandaları qarşılaşıb. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rotterdamdakı "De Kuip" stadionunda keçirilən oyunun əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Troy Parrot (AZ Alkmaar), 90+9-cu dəqiqədə isə Mats Deijl (Go Ahead Eagles) penaltini vurub.

Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib.  Burada "AZ Alkmaar" üzərində 4:2 hesabı ilə qalib gələn "Go Ahead Eagles" tarixində ilk dəfə Hollandiya Kubokunun sahibi olub və böyük uğura imza atıb.

"AZ Alkmaar" isə beşinci dəfə kubok qazanmaq şansını əldən verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv