“Əl-İttifaq”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Musa Dembele futbol klubu alıb.
Manset.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dembele Litva “Minija”sının sahibi olub. 28 yaşlı fransalı klubu “Triple M” investisiya şirkəti vasitəsilə alıb.
Qeyd edək ki, Litva 1-ci liqasını 5 turundan sonra “Minia” 6 xalla 9-cu pillədədir.