İkardini təkrarladı - Qırmızı vərəqə aldı

13:07 - 21 Aprel 2025

İkardini təkrarladı - Qırmızı vərəqə aldı

Braziliya futbolunda maraqlı hadisə baş verib. Braziliyanın Vila Nova klubunun futbolçusu Elias, Mauro İkardinin  məşhur qol sevincini təkrarlayarkən, həyatının ən böyük şokunu yaşayıb. 


Manset.az xəbər verir ki, Elias, Mauro İkardinin "qulaqlarını tutma" hərəkətini oyunda təkrarlayan hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. 

Braziliya B Seriyasının 3-cü həftəsində baş tutan Goias və Vila Nova komandaları arasındakı 2-2 bərabərə bitən matçda, Elias, qolunu qeyd edərkən əllərini qulaqlarının üstünə qoyaraq, İkardinin məşhur qol sevincini təkrarlayıb. Lakin bu hərəkət, hakim tərəfindən "rəqib azarkeşlərə qarşı təxribatçı və istehza xarakterli jestlər" kimi qiymətləndirilib və nəticədə futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.

Braziliya mətbuatı bu hadisəni "biabırçı" adlandırıb və ölkə daxilində geniş müzakirələrə səbəb olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv