Xabi Alonso gəlir, Arda Gülər gedir?– İDDİA

10:56 - 21 Aprel 2025

Xabi Alonso gəlir, Arda Gülər gedir?– İDDİA

Mövsümün sonunda baş məşqçi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşan “Real Madrid” rəhbərliyi yeni baş məşqçi postuna hazırda “Bayer Leverkuzen”i çalışdıran Xabi Alonsonu gətirməyi planlaşdırır.


Manset.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” Alonsonun qarşılığında gənc türk futbolçu Arda Güləri alman klubuna göndərməyi nəzərdən keçirir.

“Sport” nəşrinin məlumatına əsasən, Xabi Alonsonun “Real Madrid”ə keçidi üçün tələb olunan məbləğ təxminən 10 milyon avro civarındadır. Lakin Madrid klubu bu məbləği ödəmək əvəzinə bəzi gənc futbolçularını, o cümlədən Arda Güləri, Leverkuzen klubuna icarəyə verməyə və ya transfer etməyə hazırdır.

Xəbərdə qeyd olunur ki, 20 yaşlı Arda Gülər ​​alman klubları arasında böyük maraq doğurur və Leverkuzenin onu heyətinə qatmaqda israrlı olduğu bildirilir. Bununla belə, oyun vaxtından tam razı qalmayan gənc futbolçunun Karlo Ançelottidən sonra Real Madriddə daha çox şans qazanacağına inandığı və klubda qalmaq istədiyi vurğulanır.

Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində ümumilikdə 34 oyuna çıxıb, 1233 dəqiqə meydanda olub. O, bu matçlarda 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hal-hazırda bazar dəyəri 45 milyon avro olan futbolçunun Madrid klubu ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv