Türkiyə İqtisadiyyat Nazirliyinin Reklam Şurası bəzi məhsullarında donuz dərisindən istifadə etdiyinə dair məlumatı açıqlamadığı üçün "New Balance" markasına 1 milyon 730 min lirə cərimə tətbiq edib.
Manset.az xəbər verir ki, markaya qarşı bu cür cərimə tədbiri 2024-cü ilin avqust ayında da tətbiq olunmuşdu.
Reklam Şurasının araşdırmaları zamanı məlum olub ki, "New Balance"-ın Türkiyədə satışda olan “W990GL6”, “M2002RST”, “U9060BLK” və “U991LG2” model kodlu ayaqqabılarının məhsul təsvirlərində yalnız “süet”, “file” və ya “sentetik” kimi ümumi ifadələr yer alıb. Lakin bu modellərdə donuz dərisinin istifadəsi ilə bağlı hər hansı məlumat verilməyib.
Şura qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların aldanmasına və ya dini həssaslıqların pozulmasına səbəb ola biləcək məlumatlar açıq və dəqiq şəkildə göstərilməlidir.