"Şamaxı" "Kəpəz"i məğlub etdi

18:47 - 20 Aprel 2025

\"Şamaxı\" \"Kəpəz\"i məğlub etdi

Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.


Manset.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.

Komandanın qollarını 27-ci dəqiqədə Alfons Msanqa, 67-ci dəqiqədə Brahim Konate vurub. Qonaqlardan 35-ci dəqiqədə Luis Paçu fərqlənib. 

"Şamaxı"nın legioneri Maykl Tuik 85-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran meydan sahibləri yeddinci pillədə qərarlaşıb. "Kəpəz" 28 xalla doqquzuncu sıradadır.

Günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv