Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Öncə “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Turun qapanış matçında isə “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
IV dövrə, 31-ci tur
16:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
Zirə İdman Kompleksinin Stadionu