"Qarabağ" - "Neftçi" matçına nə qədər bilet satılıb? 

16:02 - 19 Aprel 2025

\"Qarabağ\" - \"Neftçi\" matçına nə qədər bilet satılıb? 

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 31-ci turun oyununda liider “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq. "Qarabağ" klubunun açıqlamasında bildirilir ki, qarşılaşmaya 5300 bilet satılıb.

Qeyd olunub ki, azarkeşlər biletləri iTicket.az üzərindən onlayn şəkildə və ya Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Qapıların azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacağı da bildirilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, bu komandalar arasında ən son 3-cü dövrədə “Neftçi Arena”da keçirilən matçı 9355 nəfər izləyib.

Xatırladaq ki, 30 turdan sonra “Qarabağ” 73 xalla 1-ci, “Neftçi” 35 xalla 6-cı yerdədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv