Fransa millisinin və İspaniya təmsilçisi "Atletiko"nun futbolçusu Antuan Qrizmannın klubu ilə bağlayacağı yeni müqavilənin müddəti bəlli olub.
Manset.az Report-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 2027-ci ilə qədər Madrid kollektivinin şərəfini qoruyacaq.
Onun hazırkı sözləşməsi 2026-cı ildə başa çatacaq.
ABŞ-nin "Los-Anceles" klubu futbolçunu heyətinə cəlb etmək istəsə də, danışıqlar müsbət yekunlaşmayıb.
Qeyd edək ki, Antuan Qrizmann karyerası ərzində paytaxt təmsilçisində 435 oyuna çıxıb, 197 qol və 91 məhsuldar ötürmə ilə yadda qalıb.