“Barselona”dan darmadağın - PSJ-dən qələbə

07:00 - 10 Aprel 2025

“Barselona”dan darmadağın - PSJ-dən qələbə

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.


Manset.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçirilib.

İspaniya “Barselona”sı doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubunu darmadağın edib - 4:0. Qolları Rafinya, Robert Levandovski (2) və Lamin Yamal vurublar.

Digər oyunda isə Fransa PSJ-si İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Paris təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dezire Due, Xviça Kvaratsxeliya və Nunu Mendeş fərqləniblər. Qonaqların qoluna isə Morqan Rocers imza atıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-16-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv