Messi komandasını yarımfinala yüksəltdi

10:40 - 10 Aprel 2025

Messi komandasını yarımfinala yüksəltdi

Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami"ni Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinal mərhələsinə yüksəldib.


Manset.az xəbər verir ki, ABŞ təmsilçisi 1/4 finalın cavab oyununda bu ölkənin digər komandası "Los Anceles"lə üz-üzə gəlib.

Qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qalibiyyəti ilə bitib. Görüşdə dubl edən Messi bir məhsuldar ötürmə ilə də yadda qalıb.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Mayami klubu yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın "Vankuver" klubu ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv