Azərbaycan liqasının ən dəyərli futbolçuları

15:11 - 09 Aprel 2025

 Azərbaycan liqasının ən dəyərli futbolçuları

Azərbaycan Premyer Liqasında 2024–2025-ci il mövsümündə 10 klub mübarizə aparır.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, hazırda turnir cədvəlinə Ağdam təmsilçisi "Qarabağ" başçılıq edir.

29 turun nəticələrinə əsasən, "Qarabağ" 22 qələbə və 4 heç-heçə ilə 70 xal toplayaraq turnir cədvəlinin lideridir. 

İkinci pillədə 55 xalla "Zirə", üçüncü sırada isə 51 xalla "Araz-Naxçıvan" qərarlaşıb. Son illərin stabil oyun göstərən klublarından biri olan "Turan-Tovuz" isə 44 xalla dördüncü yerdədir. Turnir cədvəlinin ortalarında "Sabah" (36 xal) və "Neftçi" (35 xal) yer alır.

Azərbaycan Premyer Liqasında mübarizə aparan futbolçuların dəyəri maraqla qarşılanır.  "Transfermarkt" portalındakı məlumata əsasən, liqada çıxış edən və dəyəri 1 milyon üzərində olan futbolçuların əksəriyyəti "Qarabağ"ın oyunçularıdır. 

BAKU.WS-in hazırladığı siyahını təqdim edirik:

Kadi Borges (Qarabağ FK) – 2,5 milyon avro

Leandro Andrade​ (Qarabağ FK) – 2 milyon avro

Aleksey Kaşuk (Qarabağ FK) – 1,8 milyon avro

Nəriman Axundzadə (Qarabağ FK) – 1,8 milyon avro

Mateuş Koxalski Qarabağ FK) – 1,5 milyon avro​

Yassine Benzia (Qarabağ FK) – 1.2 milyon avro

Toral Bayramov (Qarabağ FK) – 1.2 milyon avro

Emmanuel Addai (Qarabağ FK) – 1,2 milyon avro

Pavol Safranko (Sabah) - 1 milyon avro


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv