Türkiyənin Samsun şəhərində binada baş verən yanğın faciə ilə nəticələnib.
Manset.az-ın xəbərinə görə, hadisə şahidləri üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tüstü qalxdığını görüb, dərhal aidiyyəti qurumlara məlumat veriblər.
Əraziyə cəlb olunan yanğınsöndürmə briqadası, polis və təcili tibbi yardım qrupları hadisəyə müdaxilə edib. Qısa müddətdə yanğın nəzarət altına alınıb və söndürülüb.
Hadisə zamanı 41 yaşlı əqli qüsurlu Erdem Ekinci tüstüdən zəhərlənərək həyatını itirib.