Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexi yanır.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.