İzmirdə tıxacda baş verən mübahisə qanlı hadisəyə çevrilib.
Manset.az-ın məlumatına görə, tıxacda olan sürücülərdən biri avtomobilindən düşərək qarşı tərəflə mübahisəyə girib və daha sonra əlində balta ilə digər sürücüyə hücum edib.
Hücum nəticəsində sürücü xəsarət alıb. Həmin anlar hadisə yerində olan digər şəxslər tərəfindən mobil telefonla lentə alınıb.
Yaralı sürücü ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb, müalicəsinin ardından evə buraxılıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb və polis tərəfindən axtarışa verilib.
Hadisə ilə bağlı istintaq davam edir.