Yağışlı hava qəzaya səbəb oldu - Yaralılar var

16:32 - 29 Aprel 2025

Yağışlı hava qəzaya səbəb oldu - Yaralılar var

Türkiyənin Dənizli şəhərində yağışlı hava və yüksək sürət nəticəsində yol qəzası baş verib.


Manset.az-ın məlumatına görə, yağış səbəbindən sürüşkənləşən yolda yüksək sürətlə hərəkət edən 06 JMJ 43 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil 34 PE 9644 və 42 UA 157 nömrəli avtomobillərlə toqquşub. 

8 nəfər yaralanıb, onlardan 1-nin vəziyyəti ağır qiymətləndirilib.

Güclü toqquşma nəticəsində iki avtomobil yararsız hala düşdü.

Hadisə yerinə ətraf sakinlərin məlumatı əsasında çox sayda təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib. 

Qəza ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv