Çinin Liaonin əyalətində faciəvi yanğın hadisəsi baş verib.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, restoranda baş verən yanğın nəticəsində 22 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Yanğının səbəbi hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.