Türkiyənin Kahramanmaraş şəhərində bir yük maşınından hərəkət zamanı tüstü qalxmağa başlayıb.
Manset.az-ın məlumatına görə, sürücü vəziyyəti hiss edərək avtomobili dərhal yolun kənarına çəkib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yük maşını yararsız hala düşüb.
Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.