Türkiyənin Samsun şəhərində sürücüsüz hərəkətə başlayan avtomobil faciəyə səbəb olmaqdan son anda qurtuldu.
Manset.az-ın məlumatına görə, baş verən hadisə motosiklet sürücüsü Ömərcan Tokerin dəbilqə kamerası tərəfindən anbaan qeydə alınıb.
Hadisə zamanı motosikletlə hərəkətdə olan Toker anidən yola doğru irəliləyən sürücüsüz avtomobil ilə qarşılaşıb. İdarəetmədən çıxan maşın həm motosikletçini, həm də ərazidəki digər nəqliyyat vasitələrini təhlükə ilə üz-üzə qoyub.
Sürücüsüz avtomobilin hansı səbəbdən hərəkətdə olduğu araşdırılır.