Adanada 38 yaşlı Rabia Şen boşanma prosesində olduğu əri Serdar Şen tərəfindən bıçaqlanaraq öldürülüb.
Manset.az-ın məlumatına görə, 5 uşaq anası olan Rabia Şenin əri Serdar Şen ilə boşanma mərhələsində olduğu iddia edilib.
Səhiyyə işçisi tərəfindən müayinə olunarkən ağır yaralanan qadın xəstəxanaya çatdırılıb. Edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
İstintaqda daha əvvəl cütlüyün tez-tez mübahisə etdiyi və evi tərk edən qadının əri ilə barışdıqdan sonra bir müddət əvvəl geri döndüyü öyrənilib. Boşanma prosesində olan cütlüyün yenidən mübahisə etdiyi və hadisənin baş verdiyi bildirilib.