Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

09:30 - 28 Aprel 2025

Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Bakıda ölümlə nəticələnən qəza baş verib.


Manset.az xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv