4 gün əvvəl qəzada xəsarət alan uşaq öldü

22:46 - 25 Aprel 2025

4 gün əvvəl qəzada xəsarət alan uşaq öldü

Şəkidə dörd gün əvvəl baş verən ağır yol qəzasında ağır xəsarət alan 9 yaşlı oğlan xəstəxanada ölüb.


Manset.az-ın məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində müalicə alan 9 yaşlı Kənan

Təvəkkül oğlu Şirəlizadə axşam saatlarında həyatını itirib.

Qeyd edək ki, aprel ayının 22-i gecə saat 02 radələörində 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobill idarəetmədən çıxaraq yolun kənarındakı aöaca çırpılmışdı. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü T. Şirəliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölmüşdü. Oğlu K. Şirəlizadə isə koma vəziyyətdə Şəki RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilimişdi.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv