Canavarlar 27 qoyunu parçaladı 

22:41 - 25 Aprel 2025

Canavarlar 27 qoyunu parçaladı 

Ağstafa rayonunun Tatlı kəndində canavarlar fermaya hücum edib.


Manset.az Report-a istinadən xəbər verir ki, yırtıcılar 27 xırda buynuzlu heyvanı tələf ediblər.

Kənd sakini, Elsevər Ələsgər oğlu Məmmədova məxsus fermaya hücum edən canavarlar bir neçə qoyunu da yaralayıb.

Əraziyə baytarlıq xidmətinin nümayəndələri cəlb olunub, dezinfeksiya işləri görülüb, 10-dan çox xırda buynuzlu heyvana vaksin vurulub.

Qeyd edək ki, ferma kəndin kənarında yerləşir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv