Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Manset.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının birmərtəbəli mansard tipli obyektin birinci mərtəbəsində yerləşən elektrik şitində baş verməsi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Qeyd edək ki, qaynar xəttimizə gələn məlumata əsasən hadisə Mərdəkan qəsəbəsində "Duzçörək" adlı kafedə baş verib.