İstanbulun Beylikdüzü mahalında, Beysan Sənaye Alt keçidinin girişində Avcılar istiqamətində hərəkətdə olan avtomobillər zəncirvari qəza törədib.
Manset.az-ın məlumatına görə, sürücü Kürşat Uğurun zolaq dəyişmək cəhdi nəticəsində 6 avtomobil toqquşub, 1 nəfər yaralanıb.
Uğur bildirib ki, günəş səbəbilə yolu görə bilməyib və sola döndükdə arxadan gələn maşın ona çırpılıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.