Türkiyənin Kayseri şəhərində 65 yaşlı Nurgül Köstelekoğlu 4-cü mərtəbədəki evinin pəncərələrini təmizləyərkən müvazinətini itirərək betona yıxılıb.
Manset.az-ın məlumatına əsasən, hadisə Zümrüt məhəlləsi Dünya küçəsində yerləşən 12 mərtəbəli binada baş verib. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları cəlb olunub.
Ağır yaralanan N.Köstelekoğlu ilkin tibbi yardımdan sonra Kayseri Şəhər Xəstəxanasına aparılıb.