Balıkəsirin Karesi rayonunda ana və oğlunun yaşadığı evdə şübhəli ölüm hadisəsi baş verib.
Manset.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həftələrlə görünməyən yaşlı qadın Aytən M.-ni yoxlamaq üçün evə gedən polis qrupları dəhşətli mənzərə ilə qarşılaşıb.
Qapını qadının oğlu Ş.M.-nin açdığını bildiriblər. “Ananız haradadır?” sualına isə “İçəridə yatır” cavabı verilib. Evə daxil olan qruplar evin zibillə dolu olduğunu və qadının həyatını itirdiyini müəyyən ediblər.
Polisin suallarına məntiqsiz cavablar verən Ş.M. əvvəl evdən çıxarılıb, daha sonra isə saxlanılıb. Evdə olan it davamlı olaraq onun ətrafında hürüb. Hadisə yerinə çağırılan həkim ilkin baxışda qadının üzərində zorakılıq izləri tapmadığını bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.