Qaya avtomobilin üzərinə düşdü -  Yaralılar var

09:35 - 22 Aprel 2025

Qaya avtomobilin üzərinə düşdü -  Yaralılar var

Türkiyədə Karabük - Yenice yolunda hərəkətdə olan avtomobilin üzərinə dağdan qopan qaya parçası düşüb. 


Manset.az-ın əldə etdiyi məlumata görə, 05 LA 567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü E.Ö. və sərnişinləri S.Ö., G.Ö., 12 yaşlı Ö.Ö. və 3 yaşlı E.Ö. yaralanıblar. 

Hadisə nəticəsində biri sürücü və iki azyaşlı olmaqla 5 nəfər yaralanıb.

Yaralılar təcili yardımla Yenice Dövlət Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Əraziyə polis, jandarma və xilasedici qruplar cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv