Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ

20:14 - 20 Aprel 2025

Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın zamanı yaxınlıqda olan avtomobillər də yanıb.

Bu barədə Manset.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış "Toyota", "Mercedes", VAZ-2107 və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri və "Opel" markalı minik avtomobilinin dam hissəsi yanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv