Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və digər tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hər iki tiktokerin həbs müddəti Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 2 ay daha uzadılıb.
Qeyd edək ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə 2024-cü ilin dekabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham olunub və barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Eyni ittihamla saxlanılan digər tiktoker Nuh Məmmədzadə də 4 ay müddətinə həbs edilmişdi. Onun da həbs müddəti 2 ay uzadılıb.