Qazaxda 4 nəfər dəm qazından zəhərləndi 

17:12 - 19 Aprel 2025

Qazaxda 4 nəfər dəm qazından zəhərləndi 

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv